Nida Xəbər
ATƏT PA-da Azərbaycanla bağlı qətnamə qəbul edildi
ATƏT Parlament Assambleyasının Kopenhagendə keçirilən illik Büro iclasında Azərbaycanla bağlı mühüm qətnamə layihəsi qəbul olunub.
Bunu Trend-ə Milli Məclisin deputatı, ATƏT Palament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev deyib.
A.Quliyev hələki qətnamənin detallarını açıqlamağı məqsədəuyğun hesab etməyib: “ATƏT PA-nın Bürosunun illik sessiyasında milli maraqlarımıza tam cavab verən, çox vacib və tarixi qətnamə layihəsi qəbul etdi. Büro üzvlərinə layihəyə verdikləri dəstəyə görə təşəkkür edirəm”.
Qeyd edək ki, Büronun iclasında Assambleyanın Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi Komitələrinin məruzələri və qətnamə layihələri müzakirə olunur.
İclasda ATƏT PA-nın xüsusi nümayəndələrinin fəaliyyəti və seçki müşahidə missiyalarının hesabatları, Assambleyanın baş katibi Roberto Montellanın mandatının ikinci müddətə uzadılması məsələsinə baxılacaq.
Bununla yanaşı, Büro ATƏT PA-nın cari ilin 4-8 iyul tarixlərində Lüksemburqda baş tutacaq 28-ci illik və 4-6 oktyabr tarixlərində Mərakeşdə keçiriləcək payız sessiyalarının gündəliyini, müzakirə mövzularını və layihə sənədlərini təsdiq edəcək.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom