Siyavuş Novruzov: "Yeni mexanizmlər yaratmalıyıq"
Bizi izləyin

Nida Xəbər

Siyavuş Novruzov: "Yeni mexanizmlər yaratmalıyıq"

"Hesablama Palatasının hesabatında əhatəlilik, sənədin genişlənməsini və yeniliklər görürük. Xatırladım ki, biz Hesablama Palatası haqqında qanun qəbul etmişik. Palata imkanları daxilində fəaliyyət göstərir, az qüvvə ilə böyük işlər görür".

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə Hesablama Palatasının 2018-ci illə bağlı hesabatının müzakirəsi zamanı çıxış edən deputat Siyavuş Novruzov bildirib.

Deputat bir sıra təkliflərlə çıxıb edib: “Hesab edirəm ki, struktur dəyişiklikləri olmalıdır. Prezident tərəfindən ölkədə sosial-iqtisadi sahədə ciddi islahatlar keçirilir. Fəaliyyətini düzgün qurmayan strukturlar ləğv edilir, yeni qurumlar yaradılır. Hesablama Palatası öz fəaliyətinin istiqamətini prezidentin apardığı islahatların sürətinə çatdırmalıdır. Adətən planlı yoxlamalar nəzərdə tutulur. Biz gözləməməliyik ki, kimsə gəlib bir yerdə oturub dağıtsın və sonra yoxlamalar aparılsın və dövlət vəsaitini mənimsəyən şəxsən tələb etsin ki, vəsaiti büdcəyə qaytar. Çox hallarda dövlət vəsaitini mənimsəyən onu geri qaytarmaqdansa, cəza çəkməyi üstün tutur. Mən hesab edirəm ki, yoxlamalar illik, əgər lazımdırsa, 6 aylıq aparılmalıdır. Həmçinin ara müddətdə Hesablama Palatası monitorinq aparmalıdır. Əgər lazımdırsa, quruma yeni mütəxəssislər cəlb edilsin. Hesab edirəm ki, gələcək üçün bu təkliflər nəzərə alınsın. Biz yeni mexanizmlər yaratmalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm