"Bu nöqsanları aradan qaldırsınlar" - Millət vəkili
Bizi izləyin

Nida Xəbər

"Bu nöqsanları aradan qaldırsınlar" - Millət vəkili

"Hesablama Palatasının təqdim etdiyi hesabatda bizə kifayət qədər informasiya verilib. Biz bu nöqsanların aradan qaldırılması üçün qanunverici orqan kimi hərəkətə keçmək. Bu istiqamətdə lazımdırsa, hökumətlə əməkdaşlıq edək və bu nöqsanları aradan qaldırsınlar".

Publika.az
xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.

Millət vəkili Hesablama Palatasının irəli sürdüyü 21 təklifdən 13-nün qəbul edilməsinin, digərlərinin isə havadan qalmasını pisləyib. O deyib ki, təkliflərin qəbul edilməməsinin səbəbləri aydın olmalıdır.

Hesablama Palatasının tərtib etdiyi hesabatı müvafiq qurumlara göndərdiyini xatırladan Q. Həsənquliyev təklif edib ki, Milli Məclis adından da bu hesabat Baş Prokurorluğa göndərilsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm