12 partiya barədə Ədliyyə Nazirliyinə məlumat veriləcək
Bizi izləyin

Nida Xəbər

12 partiya barədə Ədliyyə Nazirliyinə məlumat veriləcək

Azərbaycanda 12 siyasi partiya 2018-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib.

Bunu MSK katibi Mikayıl Rəhimov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Rəhimovun sözlərinə görə, hesabat təqdim etməyən siyasi partiyaların 6-nın sədri dünyasını dəyişib. O qeyd edib ki, həmin partiyalardan ikisinin partiya üzvləri hesabatı təqdim etsələr də, sədrin imzası olmadığından qəbul edilməyib: "Digər siyasi partiyalarla isə əlaqə saxlamaq mümkün olmayıb”.

MSK katibi əlavə edib ki, bu həftənin sonuna qədər proses yekunlaşacaq və bu barədə Ədliyyə Nazirliyinə məlumat veriləcək. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm