Azərbaycan İrana humanitar yardım göndərdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycan İrana humanitar yardım göndərdi - FOTO

Azərbaycan İranın təbii fəlakətlərdən zərər çəkmiş əhalisinə Prezident İlham Əliyevin tapşırığı ilə humanitar yardım göndərir.

Publika.az xəbər verir ki, bu sözləri fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə deyib.

O bildirib ki, yardım gün ərzində İrana çatacaq: “Humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti, 200 ədəd xilasedici jilet, “Katerpiller”, “Komatsu” markalı iki ədəd ekskavator daxildir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm