XİN-dən ermənilərə CAVAB: "Dəfələrlə..."
Bizi izləyin

Nida Xəbər

XİN-dən ermənilərə CAVAB: "Dəfələrlə..."

Erməni kütləvi informasiya vasitələri Avropa Şurasının Baş katibinin Strasburqda Ermənistan Baş naziri ilə görüşdən sonra mətbuata verdiyi açıqlamasında Avropa Şurasının insan hüquqları üzrə Komissarına Dağlıq Qarabağa səfər hüququnun verilməsinin vacibliyi ilə bağlı fikir səsləndirib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Erməni KİV-də yayılmış bu məsələ ilə bağlı Trend-ə açıqlamasında deyib ki, Avropa Şurasının Baş katibi T.Yaqland üzv ölkələrə “boz ərazilərə”, o cümlədən Dağlıq Qarabağa səfərlərlə bağlı siyasi qərarın qəbul edilməsini təklif edib.

L.Abdullayeva deyib ki Azərbaycanın sözügedən məsələ ilə bağlı mövqeyi aydındır və dəfələrlə müvafiq beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının diqqətinə çatdırılıb:

"Bu və ya digər şəxsi, o cümlədən beynəlxalq təşkilatın nümayəndəsini və ya əcnəbi dövlətin vətəndaşını beynəlxalq tanınmış sərhədləri çərçivəsində və yerli qanunvericiliyə uyğun olaraq öz ərazisinə buraxmaq hüququ suveren dövlətə aiddir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm