Millət vəkili Prezidentə müraciət etdi
Bizi izləyin

Nida Xəbər

Millət vəkili Prezidentə müraciət etdi

Milli Məclisin deputatı, əməkdar jurnalist Elmira Axundova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Publika.az xəbər verir ki, millət vəkili jurnalistlər üçün xüsusi ofisin yaradılması ilə bağlı arzusunu dilə gətirib:

"Elə jurnalistlər var ki, onların işləmək üçün ofisi, evində şəraiti belə, yoxdur. Təklif edirəm ki, dövlətimiz “Jurnalistlər evi” üçün bina təsis etsin. Jurnalistlərimiz orada müsahibələrini götürsün, kompüterlərdə işləsinlər, öz yazılarını yazsınlar. Mənim bu fikrimi Əflatun Amaşov da, media kapitanları da dəstəkləyir. Bu gün bizim “Bəstəkarlar evi”, “Rəssamlar evi”, “Yazıçılar evi” var. Amma jurnalistlərin toplaşacağı vahid bir yeri yoxdur. Buna görə prezidentimizdən çox xahiş edirəm ki, bu məsələnin həlli üçün bizə kömək olsun”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm