“Opinion Way”in sorğusu xalqın İlham Əliyevə dəstəyini bir daha təsdiqlədi
Bizi izləyin

Nida Xəbər

“Opinion Way”in sorğusu xalqın İlham Əliyevə dəstəyini bir daha təsdiqlədi

“Opinion Way” təşkilatının sorğusu xalqın Prezident İlham Əliyevi dəstəklədiyini bir daha təsdiqlədi”.

Publika.az
-a açıqlamasında bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə qeyd edib ki, “Opinion Way” müstəqil və şəffaf işləyən təşkilat olaraq dünyada tanınıb: “Dünya təcrübəsində bu təşkilatın keçirdiyi sorğular obyektiv olaraq qəbul edilir. Son bir ildə ölkədə həyata keçirilən işlər xalqın dövlət başçısına dəstəyinin, inamının daha da artdığını göstərirdi. Bu sorğunun nəticələri də bunu əyani şəkildə sübut etdi”.

Milli Məclisin üzvü bildirib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin xarici və daxili siyasətini dəstəkləyir.

“Keçirilən sorğuda prezidentin seçkiqabağı verdiyi vədlər, öz öhdəliyini yerinə yetirməsi kimi suallar yer alıb və əhali bu suallara cavab olaraq bildirib ki, yenidən seçki keçirilərsə, İlham Əliyevə səs verəcək. Azərbaycan xalqı dövlət başçısının ölkədə həyata keçirdiyi islahatları, gördüyü işləri, ictimai-siyasi sabitliyin təmin edilməsi üçün atdığı addımları görür və bütün bunların müsbət nəticələrini öz həyatında hiss edir”, - deyə A.Mirzəzadə vurğulayıb.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm