Nida Xəbər
Müəllimin iddialarına Təhsil Nazirliyindən CAVAB
2 nömrəli ümumi orta internat məktəblə bağlı müəllimin iddialarına Təhsil Nazirliyi rəsmi cavab verib.
Nazirlikdən Trend-ə bildirilib ki, müəllim Leyla Ucalın yazdığı fikirlər bu gün onun iştirakı ilə müzakirə ediləcək:
"Ötən gün Leyla Ucalın şəxsi "Facebook" səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət olaraq müəllif Təhsil Nazirliyinə dəvət edilib və qeyd olunan məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək.
Bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər edib, orada olan vəziyyətlə bilavasitə özləri tanış olub və yaxın saatlarda bu barədə reportajlar təqdim edəcəklər".
Nazirlik əlavə edib ki, son bir neçə il ərzində internat məktəblərindəki şəraitlə bağlı müxtəif media qurumlarının iştirakı ilə dəfələrlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib.
Həmin təhsil müəssisəsində bir müddət dərs keçdiyini deyən Leyla Ucal internat məktəbdə müəllimlərin özbaşınalığı, şagirdlərə qarşı şiddət və onların təhsil əvəzinə fiziki əməyə cəlb olunmasını iddia edib.
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı