XİN başçılarının Moskvada Qarabağ görüşü başa çatdı - FOTO/VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Nida Xəbər

XİN başçılarının Moskvada Qarabağ görüşü başa çatdı - FOTO/VİDEO (YENİLƏNİB)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Moskva görüşü başa çatıb.

Görüş daha sonra ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa), Andrü Şaferin (ABŞ) iştirakı ilə davam etdirilib.

***

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi, Rusiyanın XİN başçısı Sergey Lavrov da iştirak edir.

***

S.Lavrov azərbaycanlı və erməni həmkarlarını qarşılayıb. XİN başçıları salamlaşıblar. Sonra hər üç ölkənin nazirləri birgə foto çəkdiriblər.

Daha sonra isə E.Məmmədyarov, S.Lavrov və Z.Mnatsakanyan arasında görüş başlayıb. Mətbuata qapalı keçirilən toplantıda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunur.

Görüşün sonunda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanat yayacağı gözlənilir. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm