Nida Xəbər
PA rəsmisi: Radikal qruplar azərbaycançılıq ideologiyasına qarşıdırlar
Azərbaycanda dini və etiqad azadlıqları təmin edilir. Xarici nümayəndələr də Azərbaycan dövlət-din münasibətlərini nümunə gətirirlər.
Bunu Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov “Dini-ideoloji təhlükəsizlik və media” adlı konfransda deyib.
Ə.Zülfüqarov bildirib ki, müxtəlif dini konfessiyalar Azərbaycanda qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər və Azərbaycanda tolerantlıq ənənələri əsrlər boyu mövcud olub.
PA rəsmisi vurğulayıb ki, Azərbaycanda dini sabitliyə xaricdən idarə olunan müəyyən təhdidlər var: “Lakin Azərbaycan güclü dövlətdir, hüquq-mühafizə orqanları bu halların öhdəsindən layiqincə gəlirlər. Bu gün internet məkanı üzərindən dini qarşıdurmanın qızışdırılması, aqressiv fikirlərin səsləndirilməsi, sosial şəbəkələrdə gənclərə zərərli fikirlərin təbliğ edilməsi kifayət qədər ciddi problem kimi qarşımızda dayanır. Bu sahədə müəyyən işlər görülür, aidiyyəti qurumlar tədbirlər görür”.
Onun sözlərinə görə, monitorinq və araşdırmaların nəticələri göstərir ki, radikal qruplar azərbaycançılıq ideologiyasına qarşıdırlar, hansısa xarici dairələrin təlimatlarını, ideologiyalarını təbliğ etməklə məşğuldurlar: “Bizim qarşımızda duran əsas vəzifələrdən biri də odur ki, həmin zərərli qruplara qarşı birgə mübarizə aparaq”.
Ə.Zülfüqarov əlavə edib ki, din mövzusunda media nümayəndələrinin məlumatlandırılması istiqamətində böyük işlər görülür: “Mətbuatda geniş və sanballı məqalələrlə gündəmə gələn müəlliflər tanıyırıq və bu, çox sevindirici haldır. Məqsəd vətəndaşları sağlam dini biliklərlə maarifləndirməkdir. Əgər belə olarsa, zərərli təmayüllər özü aradan qalxacaq”. (trend)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!