• USD 1,7000 0,00% EUR 1,9069 -0,38%
    • GBP 2,1256 -0,28% RUB 0,0270 -0,37%

Millət vəkilləri Cocuq Mərcanlıda

Millət vəkilləri Cocuq Mərcanlıda

Bu günlərdə xalqımız Milli Ordumuzun məşhur Aprel döyüşlərində qazandığı möhtəşəm qələbənin ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd edib. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində “Lələ Təpə” yüksəkliyi erməni işğalından azad edilib və Cocuq Mərcanlıda insanların təhlükəsiz yaşaması mümkün olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən kənddə yaşamaq üçün lazım olan bütün infrasturuktur yaradılıb və kənd öz yeni həyatına qayıdıb.

Deputatlar Rauf Əliyev və İlham Əliyev Cocuq Mərcanlı kəndində olublar. Millət vəkilləri kənd sakinləri üçün yaradılmış şəraitlə tanış olmaq məqsədi ilə kənd icra nümayəndəsi ilə görüşərək kənd sakinlərinin yaşayış şəraitləri və məşğulluqları haqqında məlumat alıblar. Daha sonra millət vəkilləri kənd məktəbində, uşaq baxçasında, tibb məntəqəsində yaradılmış şəraitlə tanış olublar. Kəndin gəncləri ilə keçirilən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Cocuq Mərcanlıya qayıdış böyük qayıdışın başlanğıcıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, müdrük siyasət nəticədində tezliklə işğal olunmuş bütün Azərbaycan torpaqları azad olunacaq və bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR