Nida Xəbər
Bu iddia GÜNDƏMİ DƏYİŞDİRƏCƏK: türk professor erməni qadınlarla bağlı ŞOK HƏQİQƏTİ AÇDI
Qondarma erməni soyqırımı ilə bağlı İstanbulda keçiriləcək nümayişlərə qarşı lazımi tədbirlər görülməlidir.
Publika.az xəbər verir ki, bunu türkiyəli professor İbrahim Öztek bildirib.
“İmperalist dövlətlərin ərköyün xidmətçiləri olan ermənilər hər il olduğu kimi 24 aprel 2019-cu il tarixi üçün də bütün dünyada qondarma erməni soyqırımı mövzusunda hazırlıqlarını davam etdirməkdədir. O gün İstanbula da gələcəklər, Taksimdə, Beyoğluda, Haydarpaşada şamlar yandıracaqlar, şəkillər asacaklar, “türklər bir milyon yarım ermənini yox etdi” deyəcəklər, hər cür təhqiri gözümüzün içinə baxa-baxa edəcəklər. Bəlkə İstanbulda özlərinə yüksək səviyyəli işbirlikçiləri də tapacaqlar. Sonra da qollarını yelləyə-yelləyə gəldikləri kimi gedəcəklər. Bu insanların kimliyi və məqsədi aydındır, onlar bizim sərhədlərimizdən içəri buraxılmamalıdır”, - o deyib.
Professor həmçinin, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından dərhal geri çəkilməli olduğunu qeyd edib. Onun sözlərinə görə, TBMM Xocalı soyqırımının dünya daxilində tanınması ilə bağlı lazımi qərarlar qəbul etməli və onları icra etməlidir.
“İstanbulda türk uşaqlarına erməni qadınlar dayəlik edərkən, Ermənistanda erməni uşaqlarına Türkiyə və Azərbaycana qarşı düşmənçiliyin öyrədilməsinə son verəcək lazımi addımlar atılmalıdır”, - İbrahim Öztek vurğulayıb.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?