Vojnyak: Polşa Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır
Bizi izləyin

Nida Xəbər

Vojnyak: Polşa Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 16-da Polşanın neft və qaz şirkətinin prezidenti Piotr Vojnyak ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, görüşdə Elmar Məmmədyarov ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və infrastruktur layihələri haqqında ətraflı məlumat verib. Azərbaycan tərəfinin iki ölkə arasında enerji sahəsində iş birliyini dəstəklədiyini bildirən nazir ölkəmizin Polşa ilə bu xüsusda əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Piotr Vojnyak Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduqlarını və SOCAR-ın təcrübəsindən yararlanmaq istədiklərini qeyd edib.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm