Nazirlik ağac kəsintisi ilə bağlı faktı araşdırdı
Bizi izləyin

Nida Xəbər

Nazirlik ağac kəsintisi ilə bağlı faktı araşdırdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xətai rayonu, M.Hadi küçəsi 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə ETSN-dən Publika.az-ın sorğusuna cavab olaraq bildirilib.

Nazirlik qeyd edir ki, əraziyə keçirilən baxış zamanı yaşıllıq sahənin bir hissəsinin dəmir torla hasara alındığı, lakin ağac kəsintisi faktının olmadığı məlum olub:

"Araşdırma zamanı sözügedən ünvandakı 0,24 hektar yaşıllıq ərazinin yaşayış binasının tikintisi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin 2013-cü il tarixli sərəncamı ilə vətəndaş Həsrət Temirova verildiyi müəyyən edilib. Ərazidəki ağacların köçürülməsi üçün mülkiyyətçi tərəfindən Dövlət Ekspertiza İdarəsinə müraciət edilsə də, ona müsbət rəy verilməyib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm