Nida Xəbər
Mehriban Əliyevanın köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşdü
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Emin Hüseynov ABŞ-Azərbaycan Ticarət Palatasının bəzi üzv şirkətləri və tərəfdaş təşkilatları ilə Palatanın Vaşinqton şəhərində yerləşən mənzil-qərargahında görüşüb.
Görüşdə ABŞ-Azərbaycan Ticarət Palatasının üzv şirkətləri - John Deere, BP, CNFA, WCC International və tərəfdaş təşkilatları – İllinois Ticarət Palatası, Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center), eləcə də Palatanın İdarə Heyətinin üzvləri və iqtisadi ekspertlər iştirak ediblər.
ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov tədbiri açaraq qonaqları salamlayıb və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynova Palata üzvləri ilə görüşdüyünə görə təşəkkür edib.
Daha sonra söz alan ABŞ-Azərbaycan Ticarət Palatasının Direktorlar Şurasının üzvü, əslən azərbaycanlı Dr. Şapur Ənsari əsas qonağı salamlayıb, ABŞ-Azərbaycan Ticarət Palatasının tarixindən məlumat verib, Palatanın Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərdə oynadığı roldan bəhs edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov çıxışında Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin genişləndiyini qeyd edib, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin dərinləşməsi və iqtisadi əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. O, ABŞ-a səfəri zamanı müxtəlif institutlarla keçirdiyi görüşlər barədə məlumat verib.
Emin Hüseynov çıxışında Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün çox əlverişli şəraitin mövcudluğunu qeyd edərək ABŞ şirkətləri üçün də ölkəmizdə münbit mühitin olduğunu vurğulayıb. O, çıxışı zamanı aprelin 3-5-də Çikaqoda keçirilmiş birinci İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumunun Azərbaycanın ABŞ ştatları ilə iqtisadi münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyətinin olduğunu bildirib. Bu baxımdan E.Hüseynov İllinoys Ticarət Palatası və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə fəaliyyətini təqdir edib.
Azərbaycan rəsmisi iqtisadi və biznes əlaqələrinin inkişafında təhsilin xüsusi əhəmiyyətini vurğulayıb. Azərbaycanın biliyə və tədqiqatlara əsaslanan iqtisadiyyat qurduğunu bildirən natiq bu sahədə ölkəmizin ali təhsil müəssisələrinin xüsusi rol oynadığını qeyd edib. Bu xüsusda o, ADA Universitetində tədqiqatlar üçün yaradılmış şərait və bu tədqiqatların nəticələrinin real biznesə tətbiqi barədə məlumat verib və nümunələr göstərib.
Görüş sual-cavab sessiyası ilə davam edib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!