Nida Xəbər
Azərbaycan-İran ticarət mərkəzinin açılışı oldu
Bu gün Azərbaycan və İran ticarət mərkəzinin açılışı olub.
Publika.az xəbər verir ki, açılış mərasimində Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, İranın Sənaye, mədən və ticarət naziri Rza Rəhmani, İranın Azərbaycandakı səfiri Cavad Cavadzadə və digər rəsmi nümayəndələr iştirak ediblər.
Mərkəzin rəhbəri Hüseyn Pirmüəzzin jurnalistlərə açıqlamasında bildirib ki, mərkəz Azərbaycanda fəaliyyət göstərmək istəyən iranlı sahibkarların işlərinin koordinasiyasında köməklik göstərəcək.
Onun sözlərinə görə, bu mərkəz iki ölkə arasında ticari əlaqələrin inkişafına müsbət töhfə verəcək: "Mərkəz sahibkarların problemlərinin həllinə dəstək verməyə hazırdır. Biz onları lazımi informasiya ilə təmin edəcəyik".
Xatırladaq ki, 2018-ci ildə İranla Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 74 faiz artıb. Eləcə də bu ilin ilk iki ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsi 4 dəfə yüksəlib.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO