Nida Xəbər
51 vəzifəli şəxs işdən çıxarıldı - Azərbaycanda
Son illər ərzində 170-dən çox icra məmuru ciddi intizam məsuliyyətinə cəlb edilib, onlardan 51-i tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib, 6 nəfərin qanun pozuntuları barədə materiallar istintaqa verilib.
Ədliyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirliyin icra xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının qarşıda qoyduğu vəzifələrlə bağlı bütün icra və probasiya qurumlarının, regional ədliyyə idarələri rəhbərlərinin iştirakı ilə ümumrespublika müşavirəsində deyilib.
İclasda mövcud problemlərlə bağlı yerli icra qurumlarının rəhbərləri dinlənilib. Fəaliyyətində kobud qanun pozuntularına yol vermiş icra məmurları barəsində qəti tədbirlər görülüb, 16 nəfər icra və probasiya qurumlarının əməkdaşları ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 3 nəfər ədliyyə orqanlarından xaric edilib və ya tutduğu vəzifədən azad olunub, bütün yerli qurumların rəhbərlərinə işlərində ciddi dönüş yaradılması tapşırılıb.
Neqativ hallara, o cümlədən qeyri-prosessual münasibətlərə yol verən işçilərlə bağlı bundan sonra da ən qəti tədbirlərin görüləcəyi vurğulanıb. Xidmətin işinin dövlət başçısının Fərmanından irəli gələn tələblərə uyğun qurulması, vətəndaş məmnunluğunun yüksəldilməsi, qanunvericiliyin tələblərinə, habelə etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi qeyd olunub, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, icra məmurlarının məsuliyyət hissinin və peşəkarlığının artırılması ilə bağlı və s. konkret tapşırıqlar verilib.
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?