Nida Xəbər
Səfir: Azərbaycanda qətliam törədənlər Ermənistanda qəhrəman elan ediliblər
Həqiqətin öz yerini tapmasının artıq vaxtıdır. Türk millətinin tarixində heç bir zaman utanılacaq hadisə baş verməyib.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral Yeni Azərbaycan Partiyasında qondarma “erməni soyqırımı” ilə bağlı tədbirdə deyib.
Səfir bildirib ki, qondarma “erməni soyqırımı"nın dünyaya yaymağa çalışılması tarixə qarşı ədalətsizlikdir: “Biz bu yalanı dünyaya yaymağa çalışanları, bununla bağlı haqsız mövqe tutanları qınayırıq. Bu, əslində dünyanın keçmişinə, həqiqətə, ədalətə qarşı edilən haqsızlıqdır. Biz həqiqətləri ortaya çıxarırıq. Bu həqiqətlər üzə çıxdıqca erməni yalanları da üzə çıxır. Azərbaycanda ermənilər tərəfindən törədilən qətliamlar dünyanın gözü qarşısında baş verib. Bu qətliamı törədənlər Ermənistanda qəhrəman elan ediliblər. Bu, dünyanın ən böyük haqsızlığıdır”.
E.Özaralın sözlərinə görə, bəzi dünya ölkələrinin qondarma “erməni soyqırımını” gündəmə gətirməsi haqsızlıqdır: “Qoy tarixçilər bunu araşdırsınlar. Biz Türkiyə olaraq arxivləri açmışıq, istənilən şəxs gəlib arxivlərdə araşdırma apara bilər. Ancaq ermənilərin arxivləri bağlı saxlanılır. Bu günə qədər 34 türk dilomatı ASALA terror təşkilatı tərəfindən qətlə yetirilib, Xocalıda günahsız insanlar ermənilər tərəfindən öldürülüb. Bunların hesabı verilməlidir, günahkarlar cəzalarını çəkməlidirlər”. (trend)
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO