Uşakov Pekində baş tutacaq Əliyev-Putin görüşündən DANIŞDI
Bizi izləyin

Nida Xəbər

Uşakov Pekində baş tutacaq Əliyev-Putin görüşündən DANIŞDI

Rusiya prezidenti Vladimir Putin Çində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.

Liderlərin aprelin 26-da görüşəcəyini deyən Uşakov bildirib ki, yaxın vaxtlarda iki ölkə prezidentinin telefon söhbətində aktiv dialoqun davam etdirilməsi haqqında razılaşıblar.

“Görüşdə ikitərəfli münasibətlər və digər məsələlər müzakirə olunacaq. Lakin liderlərin təması Pekində görüşlə yekunlaşmayacaq, yayda və payızda yeni görüşlər də ola bilər”, - deyə Rusiya prezidentinin köməkçisi qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfər edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm