Cəbhədə erməni vəhşiliyi: azyaşlı uşaqları... - FOTO
Bizi izləyin

Nida Xəbər

Cəbhədə erməni vəhşiliyi: azyaşlı uşaqları... - FOTO

Ermənistan ordusu Ağdamın təmas xəttinə yaxın yerləşən yaşayış məntəqəsini atəşə tutub.

Publika.az xəbər verir ki, hadisə Çıraqlı kəndində baş verib. Ermənistan silahlı qüvvələrinin bölmələri dinc əhalini hədəfə alıb. Atəşə məruz qalanlar isə azyaşlı kənd sakinləri olub.

Kənd sakinlərinin verdiyi məlumata görə, atəşə məruz qalan uşaq arasında xoşbəxtlikdən xəsarət alan olmayıb. Kəndin azyaşlı uşaqları öz həyətyanı torpaq sahələrində düşmənin atıcı silahlarının atəşinə məruz qalıb.

Yaranmış vəziyyət qorxan uşaqlardan birinin vəziyyəti pisləşib.

Bu səbəbdən xəstəxanaya müraciət edən Çıraqlı kənd sakini 13 yaşlı Vüsalə Məmmədova təcili tibbi yardım stansiyasına müraciət edib. İlkin tibbi yardım göstərilən 13 yaşlı qız müayinə edildikdən sonra evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm