“Bir kəmər, bir yol” Forumu Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Bizi izləyin

Nida Xəbər

“Bir kəmər, bir yol” Forumu Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

“Bir kəmər, bir yol” Forumu Azərbaycan üçün son dərəcə əhəmiyyətli tədbirdir. Bu Forumda həm iki tərəfli görüşlər, həm də dövlət başçımızın bir sıra Çin şirkətlərin rəhbərləri ilə görüşləri, imzalanan müqavilələr Azərbaycan üçün münasibətlərin daha da yüksək səviyyədə inkişaf etməsinə səbəb olacaq.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov Pekində keçirilən forumu şərh edərkən deyib.

Millət vəkili bildirib ki, tədbirin ölkəmiz üçün iqtisadi və siyasi əhəmiyyəti böyükdür.

“Azərbaycan Çin arasında iqtisadi münasibətlər kifayət qədərdir. Hələ Böyük İpək yolu layihəsi başlanandan iki ölkə arasında münasibətlər yüksək səviyyədə qurulub. Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Çin dünyada aparıcı dövlətlərdəndir, iqtisadi cəhətdən də çox yaxşı inkişaf edib. Ona görə də, Azərbaycanla Çin arasında münasibətlərin yüksək səviyyədə olması, dövlət başçıları səviyyəsində tez-tez görüşlərin keçirilməsi bird aha iki dövlət arasında sıx iqtisadi, siyasi, humanitar əlaqələr dən xəbər verir. Azərbaycan Çin üçün çox maraqlı dövlətlərdəndir. İpək yolunun üzərində yerləşən Azərbaycan Çinin bir sıra Avropa dövlətləri ilə əlaqələr qurmasında böyük köməklik edə bilər. Cənab Prezidentin Forumdakı çıxışında Azərbaycanda görülən işlər, Bakı-Tbilisi- Qars dəmir yolunun çəkilməsi, Şimal-Cənub Şərq-Qərb dəhlizlərinin açılması, dəniz limanının istifadəyə verilməsi, TAP, TANAP layihələrinin istifadəyə verilməsinin 2020-ci ildə başa çatdırılması barədə məlumat verib. Ən vacib məqamlardan biri belə mötəbər tədbirdə Cənab Prezidentin Dağlıq Qarabağ problemini gündəmə gətirməsi oldu. Bir sözlə, bu Forum həm iqtisadi, həm də siyasi cəhətdən bizim üçün əhəmiyyətli tədbir oldu”.

Millət vəkili onu da vurğulayıb ki, Forumda imzalanan bir sıra sazişlər Azərbaycan iqtisadiyyatının inkişafına təsir edəcək:

“Çin dünyada ən çox investisiya qoyan dövlətlərdəndir. Azərbaycan isə müstəqil, stabil bir ölkədir. Bu baxımdan Azərbaycan investisiya qoyulması üçün əlverişli məkandır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm