Məhkəmələrin 60 faizindən çoxu elektron sistemə qoşulub - TƏQDİMAT
Bizi izləyin

Nida Xəbər

Məhkəmələrin 60 faizindən çoxu elektron sistemə qoşulub - TƏQDİMAT

Bu gün Sabunçu Rayon Məhkəməsində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri” mövzusunda təqdimat keçirilib.

Publika.az xəbr verir ki, tədbirdə çıxış edən ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib ki, Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması təsbit olunub.

O bildirib ki, bu ayın əvvəlində Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında imzaladığı fərmanda məhkəmələrin bundan sonrakı inkişafını təmin edəcək qanunvericilik, institusional və praktik xarakterli bir çox tövsiyələr verilib.

Bu tövsiyə və tapşırıqların içərisində Azərbaycanda ədalət mühakiməsinin rəqəmsallaşdırılması işinin daha da genişləndirilməsi, bütövlükdə bu prosesin daha da təkmilləşdirilməsi barədə tapşırıq da var: "Əslində bu tapşırıq 2014-cü ildə Prezident İlham Əliyevin Azərbaycanda elektron-məhkəmə informasiya sisteminin yaradılması barədə sərəncamının davamıdır. Ötən müddət ərzində xeyli işlər görülüb. Artıq bu sistem fəaliyyətdədir və məhkəmələrin təxminən 60 faizindən çoxu və qərarları icra edən qurumların xeyli hissəsi sistemə qoşulub".

“Bu sistem məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir. “Elektron şəxsi kabinet” vasitəsilə proses iştirakçıları elektron imza ilə təsdiqlənmiş elektron iddia ərizəsi və digər sənədlər vermək, məhkəmə proseslərini izləmək, təyin olunmuş proseslər barədə uzaqdan, yəni SMS, elektron məktubla xəbər tuta, məhkəmə qərarlarını isə elektron formatda hakimin elektron imzası ilə əldə edə bilirlər".

Nazir müavini qeyd edib ki, icra orqanlarının fəaliyyətinin effektivliyinin artırılması, bu fəaliyyətdə operativliyin və şəffaflığın təmin olunması məqsədilə “Elektron icra” sistemi yaradılaraq tətbiq olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm