Millət vəkili: “Yeni iqtisadi inkişaf strategiyasının iqtisadi əsasları bunlardır”
Bizi izləyin

Nida Xəbər

Millət vəkili: “Yeni iqtisadi inkişaf strategiyasının iqtisadi əsasları bunlardır”

“Hazırki tarixi inkişaf mərhələsində biz elə iqtisadi resurslar əldə etmişik ki, onun əsasında ən müasir və dinamik iqtisadiyyat qurmaq mümkündür”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən fikirləri şərh edərkən deyib.

Millət vəkili vurğulayıb ki, dövlət başçısı iclasda səsləndirdiyi fikirlər aparılacaq islahatların davamlılığından xəbər verir:

“Dövlət başçısı bildirdi ki, hazırda iqtisadiyyatımızda yeni inkişaf strategiyası hazırlanır. Bu fikir əslində ölkəmizdə bundan sonra da mühüm islahatlar aparılacağı və bu islahatların davamlı olacağına işarə idi. Çünki hazırda iqtisadiyyatın daha da inkişaf etdirilməsi üçün olduqca münbit şərtlər formalaşıb və bu Azərbaycanda indiyə qədər həyat keçirilən iqtisadi-siyasət sayəsində mümkün olub. Bu tarixi inkişaf mərhələsində biz elə iqtisadi resurslar əldə etmişik ki, onun əsasında ən müasir və dinamik iqtisadiyyat qurmaq mümkündür .Yeni iqtisadi inkişaf strategiyasının iqtisadi əsasları bunlardır .Onun sosial aspektlərinə və sosial fəlsəfəsinə gəldikdə isə əminliklə deyə bilərik ki, yeni strategiya da məhz Azərbaycan vətəndaşının sosial rifahı əsas götürülməklə müəyyən ediləcək. Çünki Prezident İlham Əliyev yeni inkişaf strategiyasından danışarkən bir daha qeyd etdi ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik. Bu fikirlər əslində elə yeni iqtisadi inkişaf strategiyamızın sosial fəlsəfəsi və mahiyyəti kimi qiymətləndirilməlidir. Dolayısı ilə biz bundan sonrakı mərhələdə də Azərbaycan vətəndaşının rifahının təmin olunmasının ən ön planda gələcəyinin şahidi olacağıq. Ancaq şübhəsiz ki, növbəti mərhələdə bəzi məsələlərin də prioritet təşkil edəcəyini də gözardı edə bilmərik. Buraya sahibkarlığın daha da inkişafı, yeni sosial–iqtisadi modellərin tətbiqi, ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi məsələləri, iqtisadiyyatın şaxələndirilməsi, yeni aqrar- sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kimya sənayesinin gücləndirilməsi və s. kimi çoxsaylı istiqamətlər daxildir. Bütün bunlar da Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsini təmin edəcək. Bundan əlavə icbari tibbi sığortanın tətbiq edilməsi, aztəminatlı ailələrə sosial yardımların edilməsi, sosial problemlərin kompleks və səmərəli formada öz həllini tapması kimi çoxsaylı prioritetlər də daima diqqət mərkəzində olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm