Lavrovdan Bakıya dəstək
Bizi izləyin

Nida Xəbər

Lavrovdan Bakıya dəstək

Rusiya münaqişə zonasında etimadın bərqərar olması üçün əsirlərin "hamının hamıya dəyişdirilməsi" prinsipinə tərəfdardır.

Publika.az Teleqraf.com-a istinadən bildirir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında səsləndirib:

"Biz belə hallarda hər zaman humanitar qərarların tərəfdarıyıq: hərbi əsirlərin, ölənlərin meyitlərinin dəyişdirilməsi lazımdır. Biz hesab edirik ki, bu istər Qarabag, istər Yaxın Şərqdə, istərsə Ukraynanın cənub-şərqindəki münaqişə zonalarında etimad mühitinin yaranmasına kömək edər"

Xatırladaq ki, rəsmi Bakı Ermənistanı dəfələrlə hərbi əsir və girovları "hamının hamıya dəyişdirilməsi" prinsipinə əməl etməyə çağırıb. Lakin qarşı tərəf Daglıq Qarabagda əsir saxlanılan Şahbaz Quliyevlə Dilqəm Əsgərovun geri verilməsindən imtina edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm