"Bu, uşaqların məsuliyyətli şəxsə çevrilməsinə şərait yaradır"
Bizi izləyin

Nida Xəbər

"Bu, uşaqların məsuliyyətli şəxsə çevrilməsinə şərait yaradır"

"Forumda mədəniyyətlərarası müxtəlifliyin, inamın və əmin-amanlığın artırılması mövsuzu yer almaqdadır. Hesab edirəm ki, bu yolda təhsilin rolu çox önəmlidir. Dərsliklərə mədəniyyətlərin müxtəlifliyi barədə məlumat daxil edilməlidir. Bu, uşaqların məsuliyyətli şəxsə çevrilməsinə şərait yaradır, müxtəlif iqtisadi və etnik qruplara aid şəxslərin birlikdə yaşaya və bir-birini anlaya bilməsinə imkan verir".

Publika.az xəbər verir ki, bu sözləri 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində çıxış edən Qana Respublikasının Xarici İşlər və Regional İnteqrasiya naziri Şirley Ayorkor Boçvey deyib. O bildirib ki, mədəniyyətin özü də birbaşa dinlə bağlıdır:

"Qanada məktəblərdə hər üç din tədris edilir və müxtəlif icmalara aid şəxslər birlikdə yaşaya bilir. Müxtəlifliyə dəyər vermək lazımdır. Bu sahədə mövcud olan problemlər siyasi və iqtisadi öhdəliklərlə yanaşı təhsilə diqqət verməklə bərpa olunur. Sosial medianın da rolunu unutmaq olmaz. Sosial medianın gücü sülh və dinc məqsədlərin bərqərar olunmasına yönəldilə bilər".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm