Fələstinli yazıçı: "Əsas məqsədimiz bu bərabərliyə nail olmaqdır"
Bizi izləyin

Nida Xəbər

Fələstinli yazıçı: "Əsas məqsədimiz bu bərabərliyə nail olmaqdır"

5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qlobal Vətəndaşlıq Təhsili: Sülh Mədəniyyətinin Aşılanması” adlı konfrans keçirildi.

Publika.az xəbər verir ki, konfransın moderatoru, fələstinli yazıçı Çaker Xazal qlobal vətəndaşlığın inkişafı üçün əsas cəhətin şəfqət, sevgi, mərhəmət hissinin varlığı olduğunu vurğuladı:

"Hər şeydən öncə dünyanın bütün uşaqlarına təhsil almaq hüququnu tanımaq lazımdır. Doğrudur, savadlılıq dərəcəsi qitədən-qitəyə dəyişkəndir. Amma bizim əsas məqsədimiz bu bərabərliyə nail olmaqdır".

Çıxış edən natiqlər dünyanın bir sıra ölkəsində həyata keçiriləcək təcrübi layihələrindən danışdılar. Bildirdilər ki, təcrübə əsasında öyrənmək, qloballaşmaq mütləqdir. Gənclərdən ibarət düşərgələrin sayının artırılması zəruridir. Hətta belə layihələr əvvəllər otellərdə keçirilirdi. Hazırda isə yeni yanaşmadan istifadə olunacaq. Belə ki, insanları avtobuslara toplanıb səyahətə çıxardılacaq. Çünki yol yoldaşı olmaq seminar otağında oturmaqdan daha səmərəlidir. Həm siyasi, həm ictimai, həm də digər sektorlarda irəliləmək ən əsası qloballaşmaq üçün bir-birini daha yaxşı tanımalıdırlar.

Natiqlər onu da bildirdilər ki, bu gün milyonlarla insan qaçqın və məcbur köckündür. Vətənindən didərgin düşən insanlara töhfələr vermək üçün çalışmaq ən humanist addımdır. Məcburi köçkün və qaçqın təşkilat üzvləri də həyat təcrübələrini bölüşdülər. YUNESKO-nun yeni layihəsi olan “Düşünən gənclər” proqramından danışdılar.

Sonda isə maraqlı şüar səsləndi: “İnsan olaraq bir-birimizsiz mövcud ola bilmərik. Hətta dünyanın müxtəlif nöqtələrində yaşayan insanlar geniologiya elminə görə qohumdurlar. Ümumiyyətlə, bütün dünya vətəndaşları mənəvi bacı-qardaşdır”.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm