Nida Xəbər
Martinos: Ekstremizm, nifrətin süqutu üçün çalışmalıyıq
"Sülh və əmin-amanlıq içərisində yaşamaq üçün bu cür dialoqların, hətta deyərdim isti söhbətlərin rolu böyükdür."
Publika.az xəbər verir ki, bu sözləri V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Gənclər sülh naminə: şiddətli ekstrimizmə qarşı əks qüvvənin formalaşdırılması – BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə müzakirə" adlı plenar sessiyanın moderatoru Migel Angel Martinos qdeyib.
O, Azərbaycanı nəhəng sülh layihələri ilə əməkdaşlıq üçün mühüm ölkə adlandırıb: "Bu gün gənclər işıqlı gələcəyimiz üçün öhdəliklərini nümayiş etdirirlər. Bu, planetimiz haqda mənfi düşüncələrimizi dəyişmək üçün gözəl fürsətdir. Ekstremizm, nifrətin süqutu üçün çalışmalıyıq. Bu gün Somali və digər ölkələrdə gənclər artıq icmalar qururlar".
Martinos interaktiv sessiya müddətində radikalizm, ekstremizmə qarşı mübarizə, gənclərin uğur mübarizəsinə də geniş yer ayırdı. Sessiyada yüksək ali təhsil alan gənclərin ağır vəziyyətdə yaşayan ölkələrə gedib qadınlar, uşaqlar üçün gördükləri humanist işlərdən bəhs olundu.
Qaçqınların çəkdiyi çətinliklərə bağlı sənədli film çəkib Hollivudda nümayiş etdirən Rada Siad da Avropanın bu sahədə atdığı addımlardan danışdı.
İraqda dağıntılar altında qalmış tikililəri çəkib dünyaya nümayiş etdirən fotoqraf Sara Markoviç iraqlı dinc əhalinin İŞİD-lə mübarizəsini ürək ağrısı ilə vurğuladı.
Selim Çekaui adlı gənc isə qonaqlara həbsxanalarla əməkdaşlıq çərçivəsində məhbus terrorçuları düşüncələrindən daşındırmağın yollarından söhbət açdı.
Leyla Sarabi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi: Nədən danışdılar?
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü









.jpg)



.jpg)




















