Deputatdan Əli İnsanovla bağlı SENSASİON SÖZLƏR: O, iqtidarla anlaşıb
Bizi izləyin

Nida Xəbər

Deputatdan Əli İnsanovla bağlı SENSASİON SÖZLƏR: O, iqtidarla anlaşıb

Publika.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin müsahibəsini təğqdim edir:

- Qüdrət bəy, Qurban Məmmədov Mirmahmud Mirəlioğludan sizinlə hansı səbəblərdən birləşə bilmədiyini soruşub. Bu suala sizin cavabınız da maraqlı olardı. Niyə birləşə bilmirsiniz?

- Ona görə ki, bəzi siyasi məsələlərə və dəyərlərə baxışımızda ciddi fərqlər var. AXCP hakimiyyətdən gedəndən sonra Elçibəy məni özünə müşavir təyin etdi və mən həm də AXCP İdarə Heyətinin üzvü seçildim. Zaman keçdikcə, bəzi insanları yaxından tanıdıqca anladım ki, xalq hərakatı şəxsiyyəti və siyasi əxlaqı zədəli, psixi qüsurlu çoxlu siyasi dələduzu üzə çıxarıb, ölkənin ictimai siyasi həyatına gətirib. Onlar düşüncəsiz qərarları və qeyri etik davranışları ilə xalq hərəkatına qoşulmuş minlərlə istedadlı, vətənpərvər gəncin həyatını alt-üst etdilər. Bu gün də eyni fəaliyyətlərini davam etdirirlər. Ona görə də ölkədə qərb standartlarına uyğun hüquqi dövlət qurmaq üçün iqtidarla normal siyasi münasibətlər qurub yeni nəsil siyasətçilərin formalaşmasını gözləmək lazım idi və mən də bunu etdim. Qurban Məmmədov Londona gedənə qədər onunla da, Mirmahmud bəylə də şəxsi mənada heç bir problemim olmayıb. Amma onlar bəyan etdikləri kimi mənimlə yox, Elçibəyi devirib Mili Qvardiyanın silahsız əsgərlərini güllələtdirən Surətlə bir yerdə ola bilərlər. Budur bu adamların siyasi dünyagörüşü.

- Qüdrət bəy, Əli İnsanovun "Amerikanın səsi"nə verdiyi müsahibəni necə qiymətləndirirsiniz?

- Həmin müsahibənin qaragüruhçu qüvvələrin verdiyi açıqlamalardan bir fərqi var. O da ondan ibarətdir ki, Qarabağın azadlığı üçün “hədə-qorxu ritorikasından imtina edilməli, problem yalnız və yalnız danışıqlar yolu ilə həll olunmalıdır”. Bu tezis hazırda iqtidara çox lazımdır. Çünki bizim kimi çoxlu insan düşünür ki, Qarabağın işğaldan azad olunması üçün əlverişli şərait var və hakimiyyət qətiyyətli addımlar atmalıdır. Ona görə də son vaxtlar bu tipli çağırışlar artmaqdadır.

“Demokratiya olacağı halda Qarabağ ermənilərinin Azərbaycanı seçəcəyini” bəyan etmək isə tapşırığı ıcra etmək çarəsizliyindən qaynaqlanır. Qarabağ uğrunda ən qanlı savaş dünyanın demokrat kimi qəbul etdiyi Ter-Petrosyan və Elçibəyin prezidentliyi dövründə olub. Bu münaqişə bir dövlətin digər dövlətə ərazi iddiasından qaynaqlanır. O zaman qoy bir çoxlarının bəh-bəh dediyi demokrat Paşinyan mövqeyini dəyişsin. O isə əvvəlkilərdən daha sərt mövqe sərgiləyir, işğal altındakı torpaqlarımızı daha sürətlə məskunlaşdırır.

Zənnimcə, Əli İnsanov iqtidarla anlaşıb. Əlbəttə kimsə düşünə bilər ki, o ermənipərəst Qərb dairələrinin dəstəyini almaq üçün belə edir. Düşünürəm bunun əsası yoxdur. O halda İnsanov bəyan etməli idi ki, o, Azərbaycanı Türkmənistan edəcək. Yalnız bu halda Qərbdən ciddi dəstək ala bilər. Yaxud düşünə bilər ki, xalq müharibə istəmir. O halda da dövlətinin gələcəyini düşünən müdrik dövlət adamının əsas vəzifəsi xalqı müharibəyə hazırlamaq və onu torpaqları uğrunda vuruşmağa məcbur etmək olmalıdır. Tezliklə əlahəzrət zaman mənim nə dərəcədə haqlı olub-olmadığımı təsdiq edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm