Məmmədyarov: Ermənistanda hökm sürən yoxsulluq insanların ölkəni tərk etməsinə gətirib çıxarır
Bizi izləyin

Nida Xəbər

Məmmədyarov: Ermənistanda hökm sürən yoxsulluq insanların ölkəni tərk etməsinə gətirib çıxarır

Ötən əsrin 90-ci illərinin əvvəllərində BMT-də gənc diplomat kimi çalışmışam. BMT daim sülh naminə fəaliyyətə üstünlük verib.

Publika.az xəbər verir ki, bu sözləri V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" sessiyasında çıxışı zamanı Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, sülh naminə təsisatlar yaradılanda çoxtərəflilik prinsipindən istifadə etmək çox vacibdir. Dünya sürətlə dəyişir. BMT-nin sülh quruculuğu ilə bağlı çox işlər görülüb:

"Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan bu üzvlüyü alandan sonra sonra BMT-də fərqli atmosfer hökm sürməyə başlayıb. Əfsus ki, BMT Təhlükəsizlik Şurasında məsələlərin həllində yalnız daimi üzvlər rol oynayır. Bu gün dünya dinamik inkişaf edir. Kiçik və orta ölkələr də bərabərliyə malik olmalıdır".

Elmar Məmmədyarov bildirib ki, əsas məsələ səyləri bir araya gətirib, daha da ucadan səsləndirməkdir:

"Çünki BMT bir qətnaməni belə hasil edə bilmir. Rəqəmsallaşdırma çərçivəsində təzyiqlərə məruz qalırıq. Çünki sosial şəbəkələrin hər birimizin gündəlik həyatında mühüm rolu var, bu isə beynəlxalq münasibətlərə də təsir edir".

Nazir onu da vurğulayıb ki, sülhdən yaxşı heç nə yoxdur: "Çoxtərəfli prinsipə ehtiyacımız var və bunun ətrafında fikirlər yürüdərək uğur qazana bilərik. Ermənilərlə danışıqlarda iştirak edən tərəf kimi rahat şəkildə deyə bilirik ki, münaqişələr 30 ilə yaxındır hökm sürür. Münaqişə müsbət və davamlı inkişafı təmin edə bilməz. Ermənistanda bu gün böyük miqrasiya dalğaları var. Ölkədə hökm sürən yoxsulluq, insanların ölkənin gələcəyinə inanmaması onların dövləti tərk etməsinə gətirib çıxarır.

Təyyarədə olarkən erməni mətbuatı ilə fikir mübadiləsi apardım. Onlara sual verdikdə dedilər ki, diaspor bizə kömək edir. Ancaq onların diasporu belə ölkənin gələcəyinə inanmır. Əsas ismarıc açıq şəkildə çatdırılmalıdır. Nə qədər güclü mövqe nümayiş etdirsək, səsimiz də daha tez eşidiləcək".

Leyla Sarabi

Foto Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm