Əli İnsanov istəyir ki... - Millət vəkilindən SƏRT SÖZLƏR
Bizi izləyin

Nida Xəbər

Əli İnsanov istəyir ki... - Millət vəkilindən SƏRT SÖZLƏR

“Əli İnsanovun köhnə xarakteri yenidən özünü göstərməyə başlayıb. İddialılıq, insanları aldatmaq, özünü təmiz və xalqı düşünən biri kimi göstərmək istəyir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun “Amerikanın səsi” radiosunda səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Ə.İnsanovun sonuncu bəyanatında səsələndirdiyi fikirlərlə həyatı bir-birinə ziddiyyət təşkil edir:

“Azərbaycan xalqı onun Səhiyyə naziri olarkən bu sahəni bərbad vəziyyətə qoyması, insanlara qarşı kobudluğu, mətbuata qarşı aqressiyasını unutmayıb. Uzun müddət Heydər Əliyev siyasətini müdafiə edən insanın birdən-birə ona qarşı çıxması, Azərbaycanda hər şeyin bərbad olduğunu iddia etməsi onun xarakterinin dəyişmədiyini göstərir.

Əli İnsanov özü də başa düşür ki, Azərbaycanda onun sosial bazası yoxdur. Müxalifətin sosial bazasına yiyələnmək istəyi isə müxalifətdə ciddi etirazlar doğurur. Çox təəssüf ki, insanın şöhrət və daim gündəmdə olmaq arzusu bir neçə gün əvvəl heç də reallığa sığmayan, onun həyatı ilə bəyatlarının bir-birinə ziddiyyət təşkil etdiyi müsahibə verməsinə səbəb oldu”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm