Strasburqda “Azərbaycan-tolerantlıq diyarı” adlı sərgi təşkil edildi - FOTO
Bizi izləyin

Nida Xəbər

Strasburqda “Azərbaycan-tolerantlıq diyarı” adlı sərgi təşkil edildi - FOTO

Strasburqda Avropa Şurasının (AŞ) 70 illik yubileyi çərçivəsində qurumun mənzil-qərargahının yaxınlığında yerləşən məşhur “Oranjöri” parkında (“Parc de l”Orangerie”) “Avropa Günü”nə həsr edilmiş bayram tədbirlərində ölkəmiz də təmsil olunub.

Publika.az xəbər verir ki, ölkəmizin Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən “Azərbaycan-tolerantlıq diyarı” adlı sərgi təşkil edilib.

Sərgidə ölkəmizin tolerantlıq və multikultural mühitini özündə ehtiva edən və əsrlər boyu ölkəmizdə mehriban ailə kimi yaşayan müxtəlif dini icmaların həyatını əks etdirən fotoşəkillər nümayiş etdirilib. Tolerantlıq və multikulturalizmdən bəhs edən qısametrajlı film göstərilib. Ölkəmizin turizm potensialının təbliğinə dair videoçarxlar təqdim edilib. Bayram tədbirlərində Heydər Əliyev Fondu tərəfindən ölkəmizin zəngin tarixinə, mədəniyyətinə, ədəbiyyatına dair fransız və ingilis dillərində nəfis şəkildə tərtib edilmiş kitablar, eləcə də görməli və tarixi yerlərə dair broşürlər, açıqca və bukletlər sərgilənib. Ölkəmizə xüsusi maraq göstərmiş insanlara həmin materiallardan hədiyyə edilib.

Azərbaycan stendi ziyarətçilərdə böyük maraq doğurub. Onların ölkəmiz, onun tarixi, coğrafiyası, bölgələri və turizm imkanları barədə sualları ətraflı cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm