İcra başçısı sənəd problemindən danışdı: "Elə dağ evləri var ki..."
Bizi izləyin

Nida Xəbər

İcra başçısı sənəd problemindən danışdı: "Elə dağ evləri var ki..."

"İsmayıllı rayonunun ən yaralı yeri sığortadır. Sığortalanmayan evlərin sayı 80 faizdən çoxdur".

Publika.az xəbər verir ki, bu sözləri fevralın 5-də Ağsu, İsmayılllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair 3 aylıq hesabat brifinqi zamanı İsmayıllı rayonunun icra başçısı Mirdaməd Sadıqov deyib.

Onun sözlərinə görə, sığorta böyük bazardır: “Evlərin sığortalanması gərgin vəziyyətdədir. Hər bir insan evini sığortalamalıdır. Dəymiş ziyanın ödənilməsi üçün fond olmalıdır. Elə dağ evləri var ki, evlərin sənədləri yoxdur. Vaxtilə ata-analarının adına olub, onlar dünyasını dəyişib, övadlarının da sənədləri yoxdur. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlarımız evlərin sığortalanmasında fəal olmalıdır."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm