Nida Xəbər
Daxili İşlər Nazirliyində Ulu Öndərin əziz xatirəsi yad edildi - FOTO
Mayın 9-da Daxili İşlər Nazirliyində xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Nazirlikdən Publika.az-a bildiriblər ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev toplantıda çıxış edərək Ulu Öndərin bütövlükdə yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsində əvəzsiz rolundan danışıb. O, eyni zamanda, Ümummilli Liderin respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində göstərdiyi müstəsna xidmətlər barədə gənc zabitlərə ətraflı məlumat verib.
Nazir müavini dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müasirlərimiz və gələcək nəsillər tərəfindən dönə-dönə öyrəniləcəyini, onun hər anının, hər səhifəsinin örnək olduğunu bildirib. İsmət Əliyev Ulu Öndərin əsasını qoyduğu Azərbaycançılıq ideologiyasının əbədiyaşar olacağını qeyd edib, Ümummilli Liderin siyasi irsinin, idarəçilik fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini xüsusi vurğulayıb.
Təntənəli mərasimin sonunda tədbir iştirakçıları Ulu Öndərin mənalı ömür yolundan və möhtəşəm fəaliyyətindən bəhs edən, Azərbaycan Dövlət Televiziyasının istehsalı olan “Vətənə, xalqa həsr edilən ömür” adlı sənədli filmə baxıblar.
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib