Kollegiya sədri: Vəkilliyin tam maliyyə müstəqilliyi təmin ediləcək
Bizi izləyin

Nida Xəbər

Kollegiya sədri: Vəkilliyin tam maliyyə müstəqilliyi təmin ediləcək

“Keçən il Vəkillər Kollegiyasına vəkillərin davranışı ilə bağlı 500-dən çox şikayət daxil olub. Şikayətlərin 83 faizi vətəndaşlar tərəfindən edilib”.

Publika.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

A.Bağırov vəkillərin Kollegiyadan uzaqlaşdırılması ilə bağlı qərəzli məlumatların yayıldığını bildirib:

“Bəzi hallarda bir sıra Kütləvi İnformasiya Vasitələri yalan məlumatlar yayır. Bəzi qərəzli şəxslər dövlət orqanlarının şikayəti əsasındada vəkillərə qarşı təqib olduğu məlumatlarını yayırlar. Vəkillər Kollegiyası hər hansı vəkili Kollegiyadan uzaqlaşdırmaq səlahiyyətinə malik deyil. Kollegiya yalnız bu barədə məhkəmədə iddia qaldıra bilər.

Keçən ilin statistikasına görə, 6 vəkilin Kollegiyadan uzaqlaşdırılması barədə məhkəmə tərəfindən qərar qəbul edilib. Onların 5-i üzvlük haqqını heç bir üzrlü səbəb olmadan 6 ay ödəməməsinə görə uzaqaşdırılıb. Bu sırf maliyyə ilə bağlı məsələdir. Bir nəfər isə vətəndaşın şikayətinə əsasən xaric edilib. Tam məsuliyyətimlə deyə bilərəm ki, keçən ilin statistikasına görə dövlət orqanlarının şikayəti əsasında bir vəkil belə Kollegiyadan xaric edilməyib. Yayılan məlumatlar yalandır”.

A.Bağırov Prezidentin “Məhkəmə-Hüquq sistemində islahatların dərinləşməsi barədə” müvafiq fərmanının vəkilliyə də böyük təsir göstərəcəyini bildirib:

“Məlum olduğu kimi dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin paylanması, ayrılması bilavasitə Nazirlər Kabineti tərəfindən Vəkillər Kollegiyasına ediləcək. Bu barədə təkliflər Kollegiya tərəfindən təqdim edilib. Ədliyyə və Maliyyə nazirlikləri ilə birlikdə sənəd paketi hazırlanıb. Ən qısa zamanda bu barədə Nazirlər Kabineti qərar qəbul edəcək. Beləliklə, vəkilliyin tam maliyyə müstəqilliyi təmin ediləcək. Hesab edirəm ki, bunun da böyük önəmi var. Vəkillərin qeyri-prosesual münasibətlərə girməməsi barədə fərmanda tövsiələr var. Bu istiqamətdə vəkillərlə görüşürük, müəyyən tövsiyələr veririk. Vəkil qətiyyən bu davranışa yol verməsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm