Dövlət orqanlarında çalışan gənclər vəkilliyə qəbul olmaq istəyir – Anar Bağırov
Bizi izləyin

Nida Xəbər

Dövlət orqanlarında çalışan gənclər vəkilliyə qəbul olmaq istəyir – Anar Bağırov

“Vəkilliyə böyük maraq, axın var. Xüsusən, gənclər bu peşəyə daha çox maraq göstərir”.

Publika.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

A.Bağırov son zamanlar ölkədə vəkillərin sayının artdığını bildirib:

“Azərbaycanda vəkilləri sayı kifayət qədər artıb, yalnız keçən il iki dəfə vəkilliyə qəbul imtahanı keçirilib. Sonuncu dəfə imtahan bu il martın 30-da keçirilsə də, artıq 200-ə namizdə sənəd verib. Bu il ən azı bir dəfə imtahan keçirilməsini planlaşdırırıq. Vəkilliyə böyük maraq, axın var. Gənclər, xüsusən dövlət orqanlarında çalışan gənclər vəkilliyə qəbul imtahanında iştirak üçün kütləvi şəkildə sənəd verirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm