Gürcüstanın baş nazirindən Keşikçi Dağı ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Gürcüstanın baş nazirindən Keşikçi Dağı ilə bağlı AÇIQLAMA

“Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı komissiya hökumətin bugünkü iclasında təsdiq olunacaq”.

Bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün hökumətin bugünkü iclasından öncə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, komissiyanın sədri xarici işlər nazirinin müavini olacaq və Azərbaycan tərəfi ilə dialoqa başlanılacaq: “Məbəd kompleksinə giriş əvvəllər olduğu kimi mümkün olacaq. Bu məsələ mənim və istənilən gürcü üçün olduqca həssas məsələdir. Bizim azərbaycanlı həmkarlarımızla intensiv kommunikasiyamız var. Razılıq əldə olunub və komissiya yaradılıb”.

M.Baxtadze qeyd edib ki, eyni komissiya Azərbaycanda da yaradılacaq: “Azərbaycan bizə dost ölkə, strateji tərəfdaşdır və istənilən qərar bu münasibətlərin ruhuna uyğun olaraq qəbul olunacaq”. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm