• USD 1,7000 0,00% EUR 2,0459 +0,06%
    • GBP 2,3685 +0,07% RUB 0,0222 +0,45%

Şuşada Paşinyanı ŞOKA SALAN ADDIM - Gizlinlər ORTAYA ÇIXDI

Şuşada Paşinyanı ŞOKA SALAN ADDIM - Gizlinlər ORTAYA ÇIXDI

Ermənistan rəhbərliyi ilə qondarma rejimin nümayəndələri arasında daha bir insident ictimaiyyətə bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, Şuşanın işğalıyla bağlı keçirilən tədbir zamanı qondarma rejimin "təhlükəsizlik şurasının sədri" Vitali Balasanyan jurnalistlərə məsləhət görüb ki, “liftdə danışıqlar aparandan” (Paşinyanı nəzərdə tutur – red.) soruşun görək niyə təmas xəttində atışma artıb:

“Balasanyanın bu ironiyası Ermənistan rəhbərliyinin heç xoşuna gəlməyib. Nəticədə onlar Bako Saakyana Balasanyanı nizama dəvət etməsiylə bağlı xəbərdarlıq ediblər. İrəvanın nümayəndələri əks təqdirdə gələn dəfə danışıqların tamam başqa dildə aparılacağını söyləyiblər.

Paşinyanın əks-inqilab ocağı barədə statusunun yazılmasının səbəblərindən biri budur. Digər səbəb isə onun Şuşada bayram naharı zamanı Qarabağ “rəhbərləri”nin onunla ünsiyyətdən qaçmasını görməsidir. Belə ki, görüş zamanı “keçmiş müdafiə naziri” Levon Mnatsakanyan Paşinyandan qaçaraq, Serj Sərkisyanı daha xoş qarşılamağa üstünlük verib. Sərkisyanı isə bu naharda erməni milyonçu və oliqarx Ruben Ayrapetyan müşayiət edib”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR