• USD 1,7000 0,00% EUR 1,8970 +0,04%
    • GBP 2,1628 -0,09% RUB 0,0264 +0,38%

Məmmədyarovdan erməni jurnalistlərə CAVAB: "Öz Konstitusiyanızı oxuyun, sonra..."

Məmmədyarovdan erməni jurnalistlərə CAVAB: "Öz Konstitusiyanızı oxuyun, sonra..."

Xalqların sülhə hazırlanması dedikdə, ilk növbədə Ermənistanda sülhə hazırlıq nəzərdə tutulur.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə erməni jurnalistlərin suallarını cavablandırarkən deyib.

Erməni jurnalistin "Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin danışıqlar prosesinə qoşulmadan münaqişənin nizamlanmasında heç bir irəliləyişə nail olmaq mümkün deyil" barədə ifadəsinə E.Məmmədyarov cavab verib:

“Fikrimcə, bu, tam düzgün deyil, çünki danışıqlar apardığımız bu illər ərzində həmsədrlər regiona səfər edib və Qarabağa gedib, orada erməni icmasının nümayəndələri ilə söhbət edib. Bundan başqa, həm əvvəlki, həm də indiki administrasiya, ümid edirəm ki, danışıqlarla bağlı erməni icmasını məlumatlandırır. Yeri gəlmişkən, sizin rəhbərliyiniz də bəyan etmişdi ki, məlumatlandırırlar. Məsələ onda deyil ki, iştirak edirlər, ya yox. Məsələ ondadır ki, prosesi başa çatdırmaq üçün nizamlanmaya ciddi siyasi yanaşma sərgiləməliyik. Mən bunu substantiv danışıqlar adlandırıram, siz predmet danışıqları adlandıra bilərsiniz. Öz Konstitusiyanızı oxuyun, ondan sonra danışarıq. Siz oturub özünüzü aldadırsınız, erməni xalqını aldatmaq istəyirsiniz. Mənim bir sualım var – Azərbaycanla 30 il müharibədən erməni xalqı nə əldə etdi?”

Erməni jurnalistin “Bəs Azərbaycan xalqı nə əldə etdi” sualına cavab olaraq nazir yolların açılışını, qaz və neft kəmərlərinin tikintisini göstərib: “Bütün bunlar azdır?”

E.Məmmədyarov qeyd edib ki, xalqların sülhə hazırlanması dedikdə, ilk növbədə Ermənistanda sülhə hazırlıq nəzərdə tutulur:

“Sizin dörd ölkənin azı ikisi ilə sərhədləriniz bağlıdır. Üçüncüsü ilə də bağlanmaq üzrədir. Və? Düşünün, özünüzə sual verin”. (trend)

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR