Hərbi Hava Qüvvələrinin hissə və bölmələrinin peşəkarlığı artırılır - VİDEO
Bizi izləyin

Nida Xəbər

Hərbi Hava Qüvvələrinin hissə və bölmələrinin peşəkarlığı artırılır - VİDEO

2019-cu ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) hissə və bölmələri arasında “Ən yaxşı heyət” və “Ən yaxşı kiçik mütəxəssis” adı uğrunda yarışlar keçirilib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, qoşunların silahlanmasında olan müxtəlif döyüş texnikasının heyət və ekipajlarının cəlb olunduğu yarışlarda şəxsi heyətin döyüş tapşırıqlarını yerinə yetirməsi üzrə nəzəri bilikləri, praktiki vərdişləri və fiziki hazırlıqları yoxlanılıb.

Sonda normativləri yüksək səviyyədə yerinə yetirən heyətlər komandanlıq tərəfindən mükafatlandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm