Çexlər Azərbaycanda silah istehsal etmək istəyirlər
Bizi izləyin

Nida Xəbər

Çexlər Azərbaycanda silah istehsal etmək istəyirlər

Çexiya Azərbaycanda müxtəlif layihələrin maliyyələşdirilməsi, həmçinin müdafiə sənayesi məhsullarının istehsalını təşkilində maraqlıdır.

Axar.az xəbər verir ki, bunu “İnterfaks-Azərbaycan”a Çexiya Deputatlar Palatasının sədri Radek Vondraçek deyib.

“Çexiya bankları iri maliyyə vəsaitinə malikdirlər və onları yatırmağa hazırdırlar. Azərbaycanın çox yaxşı nüfuza malikdir, niyə istehsal burada təşkil olunmasın”, - R.Vondraçek bildirib.

Onun sözlərinə görə, 2015-ci ildən Bakı və Praqa Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalının təşkilinə dair danışıqlar aparır. “Düşünürəm ki, hərəkətə keçməyin zamanı çatıb”, - R.Vondraçek qeyd edib.

O məlumat verib ki, xüsusilə hazırda «Ceska Zbrojovka» xaricdə layihələr həyata keçirir, Azərbaycanda da istehsal təşkil edə bilərdi. “İstehsal olunan məhsullar həm yerli, həm də regional bazar üçün nəzərdə tutulur”, - R.Vondraçek vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm