FHN-in Bakı Regional Mərkəzində dəyirmi masa keçirildi - FOTO
Bizi izləyin

Nida Xəbər

FHN-in Bakı Regional Mərkəzində dəyirmi masa keçirildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı FHN Bakı Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə birgə fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.

FHN-dən Publika.az-a bildiriblər ki, tədbirdə həm də UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakıda keçiriləcək finalı və Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Dəyirmi masada çıxış edən Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov əhalinin fövqəladə hadisələrə hazırlanmasında fövqəladə hallar, yerli icra və özünüidərəetmə orqanlarının birgə fəaliyyətinin vacibliyini qeyd edib.

UEFA Avropa Liqasının final mərhələsi üzrə əməliyyat qrupunun təhlükəsizlik əməliyyatlarının əlaqələndirilməsi üzrə meneceri Məsturə Adilova və Avropa Gənclər Yay Olimpiya Festivalı üzrə təhlükəsizlik şöbəsinin meneceri Elnur Xəlilov UEFA Avropa Liqasının final oyunu və Festivalı zamanı həyata keçiriləcək təhlükəsizlik tədbirləri, eləcə də digər təşkilati məsələlər barədə məlumat veriblər.

Sonra mövzu ətrafında interaktiv müzakirələr aparılıb, görülmüş işlər, qarşılıqlı fəaliyyətin təşkili, eləcə də problemlərlə bağlı məruzələr dinlənilib, təkliflər səsləndirilib.

Sonda FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsinin rəis müavini Gündüz Həmzəyev mövzunun aktuallığını, eləcə də bu sahədə yerli özünüidarəetmə orqanlarının rolunun əhəmiyyətindən danışıb, mövcud problemlərin həlli yollarını diqqətə çatdırıb.

Tədbirin praktik hissəsində xüsusi xilasetmə texnika və avadanlığına baxış keçirilib, onların iş prinsipi və istifadə qaydaları barədə iştirakçılara ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm