Nida Xəbər
Əli Əhmədov: Azərbaycanın sürətli inkişafı gənclərin bu prosesdə yaxından iştirakını şərtləndirir
“Azərbaycan əhalisinin əhəmiyyətli bir hissəsini gənclər təşkil edir. Əhalinin 45 faizi 30 yaşa qədər olanlardır”.
Bunu Baş Nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov“Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın sürətli inkişafı gənclərin bu prosesdə yaxından iştirakını şərtləndirir: “Gənclərin qlobal problemlərə maraq göstərməsi Azərbaycan gəncliyinin müasir düşüncəyə sahib olması deməkdir. BMT-nin Dayanıqlı İnkişafı Məqsədləri layihəsinin meydana gəlməsi dünya xalqları arasında çox ciddi çağırışların olmasından irəli gəlir. Dünyada bir yandan aclıq, digər tərəfdən yoxsulluq və xəstəliklər yaranır, qeyri-bərabərsizlik meydana gəlir. Bu səbəbdən 2030-cu ilə qədər dünyanın dəyişdirilməsi istiqamətində yeni bir layihənin həyata keçirilməsi planlaşdırılıb. 2030-cu ildə dünya əhalisinin sayı 1 milyarddan çox artacaq. Artan əhalinin çoxu dünyanın iki qitəsinin üzərinə düşəcək - Afrika və Asiya qitələrinin. Afrikada əhalinin sayının 2030-cu ildə 1.6 milyarda, Asiya əhalisinin sayının isə 4.5 milyarda çatacağı gözlənilir. Ancaq iş yerlərinin sayı buna uyğun olaraq artmır. Bu dünyada problemlərə yol açır”. (report)
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı