“Prezidentin siyasəti bütün sahələrin inkişafına zəmin yaradıb” - DEPUTAT
Bizi izləyin

Nida Xəbər

“Prezidentin siyasəti bütün sahələrin inkişafına zəmin yaradıb” - DEPUTAT

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda bütün sahələr inkişaf edir”.

Publika.az
-a açıqamasında bu barədə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Deputat qeyd edib ki, dövlət rəhbərinin xüsusi diqqət ayırdığı sahələrdən biri də təhsil və elmdir.

“Aparılan siyasətin nəticəsi olaraq ölkədə elm və təhsilin inkişafında böyük irəliləyişlərə nail olunub. Bu sahədə həyata keçirilən islahatlar öz bəhrəsini verir. Bu gün ölkənin bütün nöqtələrində, hətta ən ucqar kəndlərində belə müasir standartlara uyğun təhsil ocaqları fəaliyyət göstərir. Bütün bunlar məhz Prezidentin həyata keçirdiyi siyasətin nəticəsidir”, - deyə deputat bildirib.

M.Qasımlı əlavə edib ki, dövlət başçısının siyasəti ölkədə yeni iqtisadi inkişafa zəmin yaradıb: “Yeni sosial-iqtisadi model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və əlverişli biznes mühitinin yaradılmasını, insan kapitalının inkişaf etdirlməsini, sahibkarlara daha yaxşı şəraitin təmin olunmasını, dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahataların həyata keçirilməsini və digər məsələləri nəzərdə tutur. Azərbaycanın hədəfi nefdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır. Qəbul olunan və icra edilən yol xəritələri, digər qərarlar əsasən bu məqsədə xidmət edir. Azərbaycan mühüm transmilli enerji layihələri həyata keçirir, bu layihələrin icrası qarşıdan gələn illərdə Azərbaycanın əhəmiyyətinin daha da yüksəlməsi və maliyyə imkanlarının artmasını təmin edəcəkdir”.

Milli Məclisin üzvü Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycanın milli maraqlarının dayandığına diqqət çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm