Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bizi izləyin

Nida Xəbər

Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar

Kollec məzunlarının ali məktəblərə imtahansız qəbulu ilə bağlı qərar 2019-2020-ci il qəbul prosesində tətbiq olunacaq.

Publika.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev Təhsil Nazirliyində 20 may 2019-cu il tarixində Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla bağlı mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yeni qərar orta ixtisas təhsili müəssisələrinə bakalavr qəbulu təhsil haqqında qanuna uyğunlaşdırılıb:

"Bu qərar təhsildə fasiləsizliyi təmin etmək məqsədi üçün qəbul edilib. Kolleclərdə məzunlar ali məktəblərə imtahansız qəbul olacaqlar. Subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunarkən həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər. Bu, Dövlət İmtahan Mərkəzi ilə nazirlik arasında razılşadırmaqla həyata keçiriləcək. Əvvəlki imtahanların da məzunları bu qərardan yararlanacaq".

Şöbə müdiri qeyd edib ki, qaydalara görə, müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi və təhsil haqqında sənədinə (attestata) üstünlük veriləcək:

"Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavr isə DİM tərəfindən təşkil olunmuş qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edəcək".

Daha sonra ali təhsil pilləsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydaları media nümayəndələrinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsini normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququna malikdirlər.

Qeyd edək ki, ötən ilin yayında Təhsil Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi əsasında “Təhsil haqqında” Qanuna 62 düzəliş edilib. Bu qaydalar həmin düzəlişlər əsasında təsdiq olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm