Kollec məzunları bu ixtisaslara sənəd verə bilməyəcək
Bizi izləyin

Nida Xəbər

Kollec məzunları bu ixtisaslara sənəd verə bilməyəcək

Yəni qaydalara əsasən, kollec məzunlarının ali məktəbə qəbul olunmasında yer məhdudiyyəti olmayacaq.

Publika.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev Təhsil Nazirliyində 20 may 2019-cu il tarixində Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla bağlı mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu qəbul planı Nazirlər Kabinetinin qərarına əsasən 6,4 faiz artıb: "Bu da onu göstərir ki, orta ixtisas təhsil müəssisələrini bitirənlərin ali məktəblərə qəbul faizi çoxdur. Həmçinin bu ümumtəhsil məktəbini bitirən məzunların sayı da ötən ilə nisbətən azdır. Ötən il qəbul planı 45, 500 idi, bu il isə 48, 506 yer müəyyən edilib. Bu da ali məktəbə qəbul şansını artırır".

Şöbə müdiri qeyd edib ki, əvvəllki illərdə kolleci bitirən şəxs üçün bir yol var idi. Yeni qaydalar isə imtahansız qəbula imkanlar yaradır:

"Əsas tələb budur ki, Pedoqoji kolleci bitirən şəxs sırf pedeqoji sahədə təhsilini davam edə bilər. Kollec məzunu 600 ballıq bir ixtisasa sənəd verə bilməz. O, imtahanda iştirak etmədən sadəcə 200-250 ballıq minimal bala sahib olmalıdır. Kollec məzunlarının digər abituriyentlərdən üstün tərəfi minimal bala sahib olmalarıdır".

Qeyd edək ki, ötən ilin yayında Təhsil Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi əsasında “Təhsil haqqında” Qanuna 62 düzəliş edilib. Bu qaydalar həmin düzəlişlər əsasında təsdiq olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm