Azərbaycan ordusunun genişmiqyaslı təlimləri başa çatdı - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycan ordusunun genişmiqyaslı təlimləri başa çatdı - FOTO

Silahlı Qüvvələrin genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunları ilə bağlı Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, gecə vaxtı keçirilən genişmiqyaslı təlimlərin nəticələrini təhlil edən general-polkovnik Zakir Həsənov qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini deyib. Nazir təlimlərin əhəmiyyətini qeyd edərək, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.

General-polkovnik Zakir Həsənov regiondakı mövcud hərbi-siyasi vəziyyətə toxunaraq, Ermənistanda baş verən daxili siyasi qarşıdurmanın qoşunların təmas xəttindəki vəziyyətin gərginləşməsinə səbəb ola biləcəyini də xüsusi qeyd edib. Müdafiə naziri qoşunlara düşmənin irimiqyaslı təxribatlarının qarşısını sərəncamda olan silahlardan istifadə etməklə dərhal almağı tapşırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm