• USD 1,7000 0,00% EUR 1,9164 0,00%
    • GBP 2,1547 0,00% RUB 0,0263 0,00%

General-leytenant “Mazımçay” gömrük postunda - FOTO

General-leytenant “Mazımçay” gömrük postunda - FOTO

Mayın 25-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub.

Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Publika.az-a verilən məlumata görə, S.Mehdiyev Gürcüstanla dövlət sərhədində yerləşən “Mazımçay” gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə komitə sədrinə məlumat verilib.

O, dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə reallaşdırılmasına dair tapşırıq və tövsiyələrini verib.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR