Ukrayna saytında Azərbaycanla bağlı məqalə yerləşdirildi
Bizi izləyin

Nida Xəbər

Ukrayna saytında Azərbaycanla bağlı məqalə yerləşdirildi

Ukraynanın “Versii” saytında həmvətənimiz, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr edilən məqaləsi yerləşdirilib.

Publika.az xəbər verir ki, məqalədə 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında baş verən mühüm tarixi hadisədən - müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından söhbət açılır. Qeyd olunur ki, cəmi iki il mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti öz zəngin dövlət quruculuğu ənənəsi ilə milli dövlətçilik tarixində silinməz iz qoyub, xalqın ürəyində azadlıq və müstəqillik, Vətəni ilə qürur duymaq hisslərini gücləndirib, respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

“1991-ci ildə dövlət müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olaraq onun üçrəngli bayrağını, gerbini və himnini qəbul edib və dövlətçilik ənənələrinə sadiqliyini göstərib. Həmin vaxtdan etibarən xalqımız mayın 28-ni Respublika Günü kimi qeyd edir”, - deyə məqalənin müəllifi, professor Arif Quliyev yazır.

Məqalədə vurğulanır ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişi Azərbaycanı növbəti təhlükədən qurtardı.

Müəllif yazısında Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından da geniş bəhs edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm