Heydər Əliyevlə mühüm sənəd hazırladıq - Lixanov
Bizi izləyin

Nida Xəbər

Heydər Əliyevlə mühüm sənəd hazırladıq - Lixanov

Biz Heydər Əliyevlə birlikdə mühüm sənəd hazırlamışdıq. Həmin sənəd indiki gündə də qüvvədədir. Sənəddə yetim uşaqlara yeni yanaşma müəyyən edilib. Həmin dövrdə SSRİ-də onların sayı bir milyonu ötürdü.

Bu barədə Azərtac-a açıqlamasında Rusiya Uşaq Fondunun prezidenti, yazıçı Albert Lixanov bildirib.

“Bizi Heydər Əliyev ilə çoxillik dostluq telləri bağlayırdı. 1984-cü ildə mənim Sovet İttifaqındakı yetim uşaqların vəziyyəti barədə məktubum dəstək aldı və bu məsələ ilə Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev məşğul oldu. Biz onunla görüşdük, SSRİ-dəki yetim uşaqların vəziyyəti barədə xeyli söhbət etdik, yeni sənəd hazırladıq. 1985-ci ildə mühüm qərar qəbul olundu, həmin sənəd indiki gündə də qüvvədədir. Sənəddə yetim uşaqlara yeni yanaşma müəyyən edildi. Həmin dövrdə SSRİ-də onların sayı bir milyonu ötürdü”, - deyə fondun prezidenti bildirib.

Albert Lixanov qeyd edib ki, Heydər Əliyev ilə onun dostluğu uzun illər və Azərbaycana qayıdandan sonra da davam edib. “Mən həmişə ona ideyama səmimi münasibətinə görə minnətdar olmuşam. Bu, bütün Sovet İttifaqının uşaqlarına əsl dövlət yanaşması idi. Qərar qəbul edilmiş, iş görülmüşdü. Ruhu şad olsun”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm